Главная > Dünya > Ermənistanda hava limanı yaxınlığında yanğın

Ermənistanda hava limanı yaxınlığında yanğın


5-02-2021, 08:28. Разместил: azadses
Ermənistanın Sünik bölgəsinin (tarixi Zəngəzur) Qafan rayonundakı hava limanı yaxınlığında yanğın olub.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi bildirib.

Yanğın hava limanının girişinə yaxın ərazidə yerləşən yaşayış evində qeydə alınıb.

Hadisənin mümkün səbəbləri hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, Sünik Azərbaycanla həmsərhəd bölgədir.


Вернуться назад