Главная > Dünya > Üç telekanalın yayımı DAYANDIRILDI
Üç telekanalın yayımı DAYANDIRILDI3-02-2021, 13:05. Разместил: azadses |
Ukraynada üç telekanalın – "NewsOne", "ZIK" və "112 Ukrayna"nın yayımı dayandırılıb. Bu barədə "Anadolu" agentliyi xəbər yayıb. Bildirilir ki, müvafiq fərmanı ölkə prezidenti Vladimir Zelenski imzalayıb. Bundan başqa medianın rəhbəri olan deputat Taras Kozaka qarşı da sanksiya irəli sürülüb. Millət vəkilinə və kanallara qarşı tətbiq olunan sanksiyaların səbəbi, ukraynalı siyasətçi Viktor Medvedçukun keçən ilin oktyabr ayında Rusiya prezidenti ilə görüşünün yayımlanması olub. Həmin vaxt "Sputnik V" peyvəndinin Ukraynaya mümkün çatdırılması müzakirə olunub. Ukrayna Milli Televiziya və Radio Yayımları Şurası Moskvadan canlı yayımı Ukrayna qanunlarının pozulması kimi qiymətləndirib./Oxu.az Вернуться назад |