Главная > Dünya > İrana qarşı ŞOK İTTİHAM: nazirləri hədəf alan raketlər...

İrana qarşı ŞOK İTTİHAM: nazirləri hədəf alan raketlər...


1-02-2021, 10:18. Разместил: azadses
Yəmənin Ədən hava limanına təşkil olunan terror aktında istifadə edilən raketlər İran istehsalıdır.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu iddianı ölkənin İnformasiya, Mədəniyyət və Turizm naziri Müəmmər əl-Əryani deyib.

“Ədən Beynəlxalq Hava limanına çatanda İran dəstəkli Husilərin İran istehsalı raketlərlə prezident və hökumət üzvlərini hədəf alaraq işlədiyi böyük terror cinayətinin üzərindən 1 ay keçdi”, - nazir tvitter hesabından yaydığı açıqlamada bildirib.

Bu hücumun Husilərin dövlət çevrilişindən bu yana gerçəkləşdirilmiş ən böyük cinayətlərdən biri olduğuna diqqət çəkən Əryani onların digər terror qruplaşmalarından fərqli olmadığını vurğulayıb.

Qeyd edək ki, sözügedən hadisə 30 dekabr 2020-ci ildə baş vermişdi. Yeni qurulan hökumətin üzvləri Səudiyyə Ərəbistanından Ədən hava limanına gələrkən 3 partlayış olmuşdu. Hadisə nəticəsində 28 nəfər həlak olmuş, 100-dən çox insan xəsarət almışdı.

Вернуться назад