Главная > Dünya > “Yeni müharibə qaçılmazdır…”
“Yeni müharibə qaçılmazdır…”30-01-2021, 12:57. Разместил: azadses |
Müharibə qaçılmazdır, çünki Ermənistanda hamı Qarabağ münaqişəsinin hələ də həll olunmadığını düşünür. Amma əvvəlcə erməni qüvvələrinin hərbi əməliyyatlar aparmaq strategiyası dəyişdirilməlidir". ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Van Ambarsumyan deyib. Ekspertin sözlərinə görə, Ermənistan beşinci və ya altıncı nəsil müharibələrin meyarlarına cavab verməyən hərbi konsepsiyasını kökündən dəyişdirməlidir. Qarabağdakı son hərbi əməliyyatlara münasibət bildirən Ambarsumyan qeyd edib ki, Azərbaycanın hansı metodlardan və vasitələrdən istifadə edəcəyi əvvəlcədən məlum olmasına baxmayaraq, Ermənistan savaşa lazımi dərəcədə hazırlaşmamışdı: "Azərbaycan ötən illərdə hazırladığı müharibə konsepsiyasını həyata keçirdi. Erməni generalları isə 90-cı illərdə qalıb, yeni reallıqlara hazır deyildilər. Bu, Qarabağdakı ilk müharibə sindromudur. Bu müharibənin bizim üçün fəlakətli olacağı əvvəldən deyilmişdi". Ekspeert qeyd edib ki, Ermənistanın silahlanması üçün borclu olduğu Rusiyadan silah almaqdan başqa alternativi yoxdur. Вернуться назад |