Главная > Dünya > Ermənistanda keçmiş deputat həbs olundu

Ermənistanda keçmiş deputat həbs olundu


30-01-2021, 12:54. Разместил: azadses
Ermənistanın parlamentinin keçmiş deputatı Vahan Badasyan həbs olunub.

''Azad Səs'' Publika.az-a istinadən bildirir ki, İrəvan şəhər Ümumi Məhkəməsi hakim Manvel Şahverdyanın sədrliyi ilə iclas keçirib.

Eks-deputat Vahan Badasyan barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilib. Bu barədə onun vəkili Arayik Papikyan mətbuata məlumat verib.

Qeyd edək ki, Badasyan külli miqdarda rüşvət alma, vəzifədən süi-istifadə və bir çox cinayətlərdə ittiham edilir.


Вернуться назад