Главная > Dünya > 347 nəfəri öldürən vulkan 6 saatda 22 dəfə püskürdü
347 nəfəri öldürən vulkan 6 saatda 22 dəfə püskürdü27-01-2021, 14:42. Разместил: azadses |
İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı son 6 saatda 22 dəfə püskürüb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakəti Azaltma Mərkəzi məlumat yayıb. Bildirilib ki, püskürən lava kütləsi dağın cənub-qərb istiqamətindəki yamacdan 1600 metr axıb. 2020-ci ildəki partlayışlardan sonra bölgədən təxliyə olunan sakinlər geri qayıtsa da, hazırda onların təhlükəsizliyi üçün heç bir tədbir görülmür. Səlahiyyətli şəxslər narıncı təhlükə kateqoriyasına daxil olan və son dövrdə hərəkətliliyin artdığı vulkanın 5 km əhatəsinə yaxınlaşmamaq xəbərdarlığı edir. Qeyd edək ki, Merapinin 2010-cu ildə püskürməsi zamanı 347 nəfər həlak olmuşdu. Вернуться назад |