Главная > Dünya > Türkiyədə COVID-19-a qarşı peyvənd olunanların sayı 1 milyonu keçdi

Türkiyədə COVID-19-a qarşı peyvənd olunanların sayı 1 milyonu keçdi


20-01-2021, 16:39. Разместил: azadses
Türkiyədə COVID-19 əleyhinə peyvənd olunanların sayı 1 milyonu keçib.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, ilk olaraq tibb işçilərindən başlanılaraq uğurla davam edən vaksinasiyaya mərhələli şəkildə ölkənin bütün vətəndaşları cəlb ediləcək.


Вернуться назад