Главная > Dünya > Dünyada yeni müharibə başlaya bilər - BÖYÜK HƏYƏCAN

Dünyada yeni müharibə başlaya bilər - BÖYÜK HƏYƏCAN


19-01-2021, 15:23. Разместил: azadses
Tayvan Ordusu ölkənin qərbində tanklar və zirehli döyüş maşınlarının iştirakı ilə təlimlər keçirib.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Hukou hərbi bazasında təşkil edilən təlimdə müxtəlif tapşırıqlar yerinə yetirilib. 

Tayvan Siyasi Müharibə Departamentinin direktoru general-mayor Çen Çenq-ji "Tayvan boğazında nə olur olsun, vətənimizi qorumaq əzmimiz heç vaxt dəyişməyəcək" deyə bildirib. 

Təlimin Tayvan ilə Çin arasında gərginliyin artdığı bir dövrə təsadüf etməsi diqqət çəkir.

Məlumata görə, Çinə aid 3 döyüş təyyarəsinin Tayvan hava məkanına daxil olması vəziyyəti bir qədər də mürəkkəbləşdirib.


Вернуться назад