Главная > Dünya > Bu adaya koronavirus ayaq açmadı

Bu adaya koronavirus ayaq açmadı


12-01-2021, 15:05. Разместил: azadses
İtaliyanın kiçik Ciqlio adasında karantin tədbirləri tətbiq edilmədiyinə, başqa yerlərdən bir çox xəstənin gəlməsinə baxmayaraq, COVID-19 virusuna yoluxma hallarının olmamasının səbəbləri açıqlandı.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, Toskana regionu Qrosseto əyaləti sahillərinin yaxınlığında yerləşən həmin kiçik adada koronavirusa yoluxma halları yalnız turistlər arasında qeydə alınıb. Halbuki adaya gələn turistlər yerli əhali ilə yaxın təmasda olublar.

“MedRxiv” serverində dərc olunmuş elmi tədqiqat ötən il 29 aprel – 3 may tarixində adadakı üç ən böyük məskəndə həyata keçirilib. Milan Universitetinin bir qrup əməkdaşı 634 yerli sakin və 89 gəlmə arasında seroloji araşdırma apararaq PCR testindən, habelə IgM və IgL anticisim testlərindən istifadə ediblər. Nəticədə IgL anticisimləri bir nəfərdə, IgM anticisimləri isə üç nəfərdə aşkarlanıb. Həmin şəxslərin hamısı koronavirusu əlamətsiz keçiriblər.

Tədqiqat müəlliflərinin qənaətincə, adada koronavirusun yayılmaması havanın təmizliyi, habelə ən başlıcası yerli sakinlərdə COVID-19-a yaxın olan hansısa yerli virusa qarşı çarpaz imun gücünün olması ilə bağlı ola bilər.


Вернуться назад