Главная > Dünya > Dünya Kuboku ləğv edildi

Dünya Kuboku ləğv edildi


12-01-2021, 08:50. Разместил: azadses
Fevralın 13-14-də Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olunub.
 
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
 
Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar qərar çıxarıb.

Вернуться назад