Главная > Dünya > ABŞ diplomatları Pompeoya səsləndi: Trampı da...

ABŞ diplomatları Pompeoya səsləndi: Trampı da...


10-01-2021, 16:58. Разместил: azadses
“Dinc etirazlara müdaxilə etdiyi və seçicilərin iradəsinə məhəl qoymadığı üçün zorakılıq və təhdidlərə əl atan xarici liderləri müntəzəm olaraq qınadığımız kimi, ABŞ Dövlət Departamentinin bu hadisələrə dair açıqlamalarında Trampın da adı qeyd edilməlidir”.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri 6 yanvarda Konqresə edilən hücuma görə Trampı qınamasını Dövlət katibi Mayk Pompeodan tələb edən ABŞ diplomatları deyib.

100-dən çox diplomat ABŞ Dövlət Departamentini Trampın bu hadisələrdəki rolunu qeyd etməyə və onu oxşar hadisələrdə xarici liderləri qınadığı kimi qınamağa çağırıblar.


Вернуться назад