Главная > Dünya > Ərdoğandan Zelenskiyə: Mübarizə aparacağıq!

Ərdoğandan Zelenskiyə: Mübarizə aparacağıq!


9-01-2021, 19:32. Разместил: azadses
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskinin mesajına cavab verib.

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti bu barədə Tvitter hesabında yazıb.

“Dəyərli dostum Zelenski, ukraynalı dənizçilərin evlərinə sağ-salamat qayıtmasına sevindik. Birlikdə bütün dostlarımız, dünyanın hər yerində yaşayan qardaşlarımız üçün mübarizə aparacağıq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Zelenski Liviyada tutulan Ukrayna dənizçilərinin evakuasiyasına görə Ərdoğana təşəkkür etmişdi.

Вернуться назад