Главная > Dünya > Dəhşətli təyyarə qəzası: 65 ölü

Dəhşətli təyyarə qəzası: 65 ölü


9-01-2021, 18:11. Разместил: azadses
İndoneziyanın "Sriwijaya Air" şirkətinin sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Detik xəbər portalı bildirib.
İndoneziyanın nəqliyyat naziri Budi Kariya Sumadi təyyarənin qəzaya uğramasını təsdiqlədi: "Qəza Laki adasının yaxınlığında baş verib".
Onun sözlərinə görə, göyərtədə ən azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub. Nazir təyyarədə 10 uşaq arasında üç körpə olduğunu bildirib.

Вернуться назад