Главная > Dünya > Paşinyan üçün Moskvadan həkim göndərildi - MƏXFİ MƏLUMAT

Paşinyan üçün Moskvadan həkim göndərildi - MƏXFİ MƏLUMAT


7-01-2021, 13:53. Разместил: azadses
Rusiyalı həkimlərin olduğu xüsusi təyyarə Moskvadan İrəvana uçub.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, həkimlərin 11 yanvarda prezidentlər İlham Əliyev və Vladimir Putinlə görüşündən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyandan qan analizi götürəcəyi bildirilir.

Həmçinin, Rusiya paytaxtına vacib danışıqlara getməyə hazırlaşan yüksək rütbəli erməni rəsmilərindən də koronavirus üçün qan nümunələri götürməlidir.

Rus həkimlərin İrəvana gəlişi ilə bağlı məlumatı Rusiyanın erməni əsilli məşhur media maqnatı, “News Media” Nəşriyyat Evinin rəhbəri Aram Qabrelyanov Ermənistanın baş naziri Nikol Paşinyan ətrafındakı mənbələrinə istinadən təsdiqləyib.

Onun verdiyi məlumata görə, hazırda həkimlərin bir qrupu Ermənistanın baş nazirinin iqamətgahındadır. Paşinyan artıq qan testindən keçib. İkinci qrup İrəvandakı hotellərdən birində yerləşib. Paşinyanın şəxsi təyyarəsinin pilotlarını və baş nazir ofisinin, ehtimal ki, onunla birlikdə Moskvaya uçacaq olan daha 6 əməkdaşını testdən keçirməlidirlər.

Xatırladaq ki, həkimlərin İrəvana gəlişi, habelə Ermənistan hökuməti nümayəndə heyətinin Moskvaya gözlənilən səfəri barədə rəsmi məlumat hələ verilməyib.

Bundan əvvəl Ermənistanın baş nazirinin epidemioloji vəziyyətlə əlaqədar özünü təcrid etdiyi açıqlanmışdı.

N.Paşinyan və ailəsinin 2020-ci ilin yayında koronavirusa yoluxduğu və sağaldığı məlumdur.

Вернуться назад