Главная > Dünya > Yoluxma pik həddə çatdı - Ordu hərəkətə keçir

Yoluxma pik həddə çatdı - Ordu hərəkətə keçir


28-12-2020, 13:47. Разместил: azadses
Niderlandda koronavirus pandemiyası ilə mübarizəyə ordu da yardım edəcək.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi xəstəxana, qocalar və əlillər evinə əlavə işçi heyəti cəlb olunması məsələsində Səhiyyə Nazirliyi ilə müzakirə apardıqlarını açıqlayıb.

Belə ki, Qroningen və Tvente bölgələrində yoluxmanın kəskin artması səbəbilə çox sayda səhiyyə işçisi və qulluqçu işə çıxmaqdan imtina edib.

Ölkənin şimal bölgələrində təcili yardım və reanimasiya şöbələri tamamilə dolub.

Вернуться назад