Главная > Dünya > Ermənistan silkələnir, Paşinyanın isə istefa vermək fikri yoxdur

Ermənistan silkələnir, Paşinyanın isə istefa vermək fikri yoxdur


23-12-2020, 10:49. Разместил: azadses
Ermənistanın baş naziri Nikol Paşinyanın istefa vermək fikri yoxdur.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu, baş nazirin feysbuk hesabında yazdığı son düşüncələrindən də aydın şəkildə anlaşılır.

N.Paşinyan gələcək barədə danışmağın günümüzün ən vacib məsələlərindən biri olduğunu deyir: “Hətta cari məsələlərin həlli baxımından da. Çünki hər hansı məsələnin həlli üçün bir neçə variant var və bəzən özünüzü gələcəyi necə gördüyünüzə, hansı gələcək qurmaq istədiyinizə yönəltməmisinizsə, seçim etmək mümkün deyil”.

Xatırladaq ki, noyabrın 10-da Paşinyanın Qarabağla bağlı üçtərəfli bəyanat imzalamasının elanından sonra Ermənistanda baş nazirin rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə müxalifət yürüşləri və mitinqləri başlayıb. Müxalifət baş nazir postuna yeganə namizədi Vazgen Manukyanı irəli sürüb.

22 dekabrda İrəvanda böyük bir mitinq keçirilib, mitinq bitdikdən sonra bəzi müxalifət tərəfdarları Respublika Meydanındakı çadırlarda gecələyib.


Вернуться назад