Главная > Dünya > Braziliyada 14 yaşlı idmançı koronavirusdan vəfat etdi

Braziliyada 14 yaşlı idmançı koronavirusdan vəfat etdi


22-12-2020, 15:21. Разместил: azadses
Braziliyalı üzgüçü Mariana Franklin Ferreyra koronavirusdan dünyasını dəyişib.

"Azad Səs" xarici mətbuata istinadən xəbər verir ki, idmançı 14 yaşında vəfat edib.

O, bir ay əvvəl koronavirusdan sağalsa da, yenidən simptomlar hiss edib və xəstəxanaya aparılıb.

Növbəti testi də müsbət çıxan Ferreyranın ağ ciyəri koronavirisa görə zərər görüb. İki dəfə ürəyi dayanan idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mariana Franklin Ferreyra 9-10 dekabrda Santosdakı yarışa qatılıb. O, turnirdə özünü pis edib.


Вернуться назад