Главная > Dünya > Bu ölkədə kütləvi peyvəndlənmə başlandı

Bu ölkədə kütləvi peyvəndlənmə başlandı


20-12-2020, 13:59. Разместил: azadses
Bazar günü səhər İsraildə vətəndaşların koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, birinci mərhələdə tibb işçiləri, tibb universitetlərinin tələbələri və geriatrik mərkəzlərin əməkdaşları, eləcə də bələdiyyələrin və hakimiyyət orqanlarının nümayəndələri peyvənd olunacaq. Onlar bu şəkildə ölkə vətəndaşlarına nümunə göstərməyə çalışır.
Bundan başqa bu gün İsrail prezidenti Reuven Rivlin və ordunun Baş Qərargah rəisi Aviv Kohavi də peyvənd olunacaq.
Qeyd edək ki, dünən İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın “Pfizer” şirkətinin preparatı ilə peyvənd edilmişdi.

Вернуться назад