Главная > Dünya > ABŞ bunları əldə etmək üçün Türkiyəyə sanksiya tətbiq etdi - Kuper

ABŞ bunları əldə etmək üçün Türkiyəyə sanksiya tətbiq etdi - Kuper


17-12-2020, 09:32. Разместил: azadses
CAATSA sanksiyaları Türkiyə ilə ABŞ arasında uzlaşmanı təmin edəcək.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi və hərbi işlər üzrə köməkçisi Klark Kuper deyib.
O, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar məsələsində alternativləri olmadığını dilə gətirib: “Sanksiyalar ABŞ-Türkiyə münasibətlərində yeni kompromis və gediləcək yolları müəyyənləşdirmək üçün imkan verəcək. Ölkələr müttəfiqdir. Birlikdə olmaq Türkiyənin, ABŞ-ın və NATO-nun maraqlarına uyğundur və bu sahədə kompromis axtarmaq ən yaxşı yoldur. ABŞ Türkiyə ilə yaxın münasibətlərini davam etdirmək istəyir”.
Qeyd edək ki, Rusiyadan S-400 kompleksləri tədarük etdiyi üçün Türkiyə ABŞ-ın düşmənləri ilə sanksiyalar yolu ilə mübarizə aparmaq qanunu çərçivəsində embarqoya məruz qalıb.

Вернуться назад