Главная > Dünya > ABŞ-da kimya müəssisəsində partlayış olub, xəsarət alanlar var

ABŞ-da kimya müəssisəsində partlayış olub, xəsarət alanlar var


9-12-2020, 14:28. Разместил: azadses
Qərbi Virciniyanın Bell qəsəbəsində yerləşən kimya müəssisəsində ötən gün axşam yanğın, daha sonra da partlayış baş verib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, Kanaua dairəsinin “Twitter” səhifəsində paylaşılan məlumata görə, əvvəlcə kimyəvi maddələr alışıb, sonra isə partlayış baş verib. Müəssisənin 3,2 km ətrafında sakinlərin sığınacağa çəkilməsi məsləhət görülüb.
NBC xəbər verib ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Вернуться назад