Главная > Dünya > 41 terrorun qarşısı alındı, yüzlərlə insan həbs olundu

41 terrorun qarşısı alındı, yüzlərlə insan həbs olundu


8-12-2020, 17:38. Разместил: azadses
Rusiyada bu il 41 terrora cəhdin, 21 terror cinayətinin qarşısı alınıb, 8-i lider olmaqla, 49 terrorçu zərərsizləşdirilib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin direktoru və Milli Terrorla Mübarizə Komitəsinin rəhbəri Aleksandr Bortnikov deyib.
Onun sözlərinə görə, 2020-ci il ərzində 150-dən çox şübhəli şəxs və onlara yardım edən 591 nəfər həbs olunub.
Bundan başqa, radikal və terror fəaliyyətlərində iştirak edən 149 xarici vətəndaşın Rusiyaya girişinə icazə verilməyib.
Rosfinmonitorinq (Rusiya Dövlət Maliyyə Müşahidəsi Xidməti) 1200-dən çox insanın 57 milyon rubl dəyərindəki mülklərini dondurub.

Вернуться назад