Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərəcək
- 18-11-2020, 09:21
- Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərmək niyyətindədir.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bunu noyabrın 18-də “Joxovurd” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, ölkənin əmək və sosial məsələlər üzrə naziri Zarui Btoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan, eləcə də onun müavinin adları istefaya göndəriləcək hökumət üzvlərinin siyahısındadır.
Hökumət başçısı hesab edir ki, həmin məmurlar döyüşlər zamanı vəzifələrinin öhdəsindən gələ bilməyiblər və ona görə də istefaya getməlidirlər.
Qeyd edək ki, son günlər Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, onun müavini Şavarş Koçaryan, fövqəladə hallar naziri Feliks Çolakyan istefa veriblər.