Trampın seçkiqabağı kampaniyasının saytına haker hücumu olub
- 28-10-2020, 08:14
- Dünya
Hakerlər ABŞ prezidenti Donald Trampın seçki qərargahının saytına hücum ediblər.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının seçki kampaniyasının mətbuat katibi Tim Mertau özünün “Twitter”dəki səhifəsində bildirib.
Onun sözlərinə, siyasətçinin seçki qərargahının saytının parolu çərşənbə axşamı 27 oktyabrda sındırılıb. "Biz hüquq-mühafizə orqanları ilə hücumun mənbəyinin araşdırılması üzərində işləyirik. Oğrular məxfi məlumatlara giriş əldə edə bilməyiblər, çünki onlar saytda saxlanılmır", - Mertau yazıb.
O qeyd edib ki, artıq saytın işi bərpa edilib.