Gürcüstanda daha 294 nəfərdə koronavirus aşkarlanıb
- 27-09-2020, 10:41
- Dünya

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 5 254-ə, sağalanların sayı isə 1 906-a çatıb. Xəstəlikdən 28 nəfər vəfat edib.
Hazırda karantində 5 674, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. 800 asimptomatik xəstə xüsusi otellərdə müalicə alır.