azadses.az » Dünya » Ermənistandan daha bir ölkəyə arxadan zərbə

Ermənistandan daha bir ölkəyə arxadan zərbə

Bir neçə gün əvvəl qondarma Dnestryanı Moldova Respublikasının "paytaxt"ında separatçı rejimin 30 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə qondarma Dağlıq Qarabağ Respublikasının "nümayəndə heyəti"nin də iştirak etməsi Moldova ictimaiyyətində ciddi narahatlıq doğurub. 
Bu barədə Moldova nəşri “NewsRu.md”nin müxbiri İon Çebotar yazıb. “Qafqazinfo” sözügedən məqaləni təqdim edir:
“Bir neçə gün əvvəl qondarma Dnestryanı Moldova Respublikasının “paytaxtı” Tiraspolda heç bir ölkə tərəfindən tanınmamış “Dnestryanı Moldova Respublikası”nın 30 illiyi adı altında növbəti təxribat xarakterli təmtəraqlı tədbir keçirilib. Digər şübhəli şəxslərlə yanaşı, bu tədbiri “Milli Məclisin spikeri” Artur Tovmasyanın rəhbərliyi ilə qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndə heyəti ziyarət edib.
Ümidvarıq ki, Moldova ictimaiyyətinə zəif şəkildə “öz müqəddəratını təyinetmə” və digər gözəl sözlərlə bəzənmiş sərhədlərin zorla dəyişdirilməsinin nə olduğunu izah etməyə ehtiyac yoxdur. Hələ Dnestryanını Moldovadan qoparmaq üçün ilk cəhdlərdən əvvəl də Ermənistan Azərbaycanın Qarabağına iddialar irəli sürüb. 1992-93-cü illərdə keçmiş SSRİ ölkələri mövcud sərhədləri daxilində tanındıqda, Ermənistan Azərbaycan ərazisinin 20% -ni işğal edib və nəticədə hər yeddinci Azərbaycan vətəndaşı - bir milyon insan qaçqın düşüb.
Ancaq bu gün başqa bir şeydən - Moldovanın əsas dövlət maraqlarından danışırıq.
Əvvəla, bu cür separatçı qurumlar boşluqda mövcud deyil. Qarabağ separatçılarının nümayəndə heyəti (“işğalçı rejim” ifadəsi kimisə narahat edirsə) Tiraspolu ilk dəfə ziyarət etmir. Və oraya necə gedib çıxmaları isə maraqlı sualdır. Əgər kiminsə yadından çıxıbsa, Dnestryanıya iki yolla getmək mümkündür: ya Ukrayna, ya da Moldova Respublikasının rəsmi sərhədindən. Mövcud məlumatlara görə, erməni separatçılardan ibarət nümayəndə heyəti bu dəfə Ukrayna sərhədindən keçib. 2016-cı ildə isə eyni nümayəndə heyəti Kişinyovdan Tiraspola gəlib və yenidən Ukrayna ərazisindən geri qayıdıb. Daha da maraqlısı isə Tiraspoldan gedən nümayəndə heyətlərinin cavab səfərləridir. Hansı ki, İrəvan üzərindən dəfələrlə qondarma Dağlıq Qarabağ Respublikasına səfər ediblər.
İndi isə bir az “diplomatik bürokratiya”dan danışaq.
Bu cür separatçı birləşmələrin hamısı “öz müqəddəratını təyinetmə” barədə danışmağı və “müstəqil dövlətlər” kimi davranmağı sevir, amma əslində isə yalnız oyuncaq işğalçı rejimlər kimi mövcuddurlar.
Və Ermənistanın rəsmi hakimiyyət orqanlarının qondarma Dağlıq Qarabağ Respublikasının arxasında durması heç kimə sirr deyil. Qeyd etmək kifayətdir ki, ATƏT-in təmsil etdiyi dünya birliyi Qarabağ münaqişəsinin tərəfləri kimi Azərbaycan və Ermənistanı tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə danışıqlar rəsmi İrəvanla Bakı arasında davam edir.
Tovmasyan kimi insanların “müstəqilliyinə” inanmaq heç cür mümkün deyil. Bu o deməkdir ki, “DQR Milli Məclisi” adlandırılan qrupa rəhbərlik edən Artur Tovmasyanın başçılığı altında “DQR” nümayəndə heyətinin Dnestryanıya səfəri, ilk növbədə, beynəlxalq hüququn əsas norma və prinsiplərinin pozulmasıdır.
İkincisi, bu açıqca dostyana olmayan addım, daha doğrusu, Ermənistan tərəfindən Moldovanın arxasından vurulan zərbədir. Hansı ki, ən azından təəccüb doğurur.
Realist olaq: erməni nümayəndə heyətinin Moldovanın qanuni orqanlarının nəzarətində olmayan ərazilərə nümayişkaranə səfəri və Moldova səlahiyyətlilərinə xəbər vermədən xarici sərhəddən Dnestryanı əraziyə girməsi Moldova Respublikasının sərhədlərinə və ərazi bütövlüyünə açıqcasına hörmətsizlikdir. Yerevanda iki ölkə xalqları arasındakı dostluq, Moldova ilə Ermənistan arasındakı əməkdaşlıq və ortaqlıqdan danışmağı sevirlər, eyni zamanda Moldovanın arxasından açıq “ikili oyun” oynayırlar. Və ya bu gün necə deyərlər, ikili standartlar siyasəti yürüdürlər. Əks təqdirdə, işğal altındakı Azərbaycan Qarabağından olan separatçılar Tiraspolda elə-belə ortaya çıxmazdı.
Və bu o deməkdir ki, Moldovanın rəsmi qurumları bu gün İrəvanın bu cür hərəkətlərinə münasibət bildirməlidirlər. Daha doğrusu bu, dünən olmalı idi. Və çox sərt bir ssenari ilə”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib