“Fars”: İran raketləri yüksək dağıdıcı gücə malik döyüş başlıqları ilə təchiz olunub
- Dünən, 09:43
- Dünya
İranın İsrailə son hücumunda istifadə etdiyi raketlər “yüksək dağıdıcı gücə malik” döyüş başlıqları ilə təchiz olunub.
"Report"un xəbərinə görə, bu barədə İranın "Fars" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Bundan əlavə, son hücum çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) bərk yanacaqla işləyən taktiki idarəolunan "yer-yer" tipli "Həcc Qasim" ballistik raketindən istifadə edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun 2020-ci ildə öldürülən "Əl-Qüds" xüsusi təyinatlı komandanı general Qasım Süleymaninin adını daşıyan "Həcc Qasem" ballistik raketi 1,4 min km-dən çox uçuş məsafəsinə malikdir.