“Axios”: İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib
- Dünən, 08:00
- Dünya
İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Tramp administrasiyasından Tehranın nüvə proqramının məhv olunması üçün son 48 saat ərzində İranla münaqişəyə qoşulmağı xahiş edib.
“Report” xəbər verir ki, bu barədə İsrailin iki rəsmisinə istinadən Amerikanın “Axios” portalı məlumat yayıb.
Portalın həmsöhbəti ABŞ-nin əməliyyata qoşula biləcəyini iddia edib. O bildirib ki, Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə bu yaxınlarda danışığında lazım gələrsə, bunu edəcəyinə eyham vurub.
İsrailli mənbə də “Axios”a bildirib ki, ABŞ İsrailin İranla qarşıdurmaya qoşulmaq istəyini nəzərdən keçirir. O əlavə edib ki, İsrail hakimiyyəti Trampın razılaşacağına ümid bəsləyir.
Öz növbəsində ABŞ nümayəndəsi portala İsrailin Tramp administrasiyasını münaqişəyə qoşulmağa çağırdığını təsdiqləyib, lakin administrasiyanın bu variantı nəzərdən keçirmədiyini bildirib.