Arizonada atışma zamanı doqquz nəfər xəsarət alıb
- 5-05-2025, 11:19
- Dünya
Arizonanın (ABŞ) Glendeyl şəhərində yerləşən restoranda baş verən atışma nəticəsində ən azı doqquz nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Qlendeyl polisinin məlumatına görə, atışma yerli vaxtla saat 19:45 radələrində “El Camaron Gigante Mariscos & Steakhouse”da baş verib.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Bir neçə nəfər dindirilmək üçün saxlanılıb, lakin hələ heç kim həbs edilməyib.