Nigeriyada silahlıların hücumu nəticəsində 50-dən çox insan ölüb
- 20-04-2025, 09:42
- Dünya
Nigeriyanın mərkəzi hissəsində yerləşən Benue ştatında silahlıların hücumu 50-dən çox insanın ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyi məlumat yayıb.
Qubernatorun mətbuat üzrə müşaviri Solomon İorpev qeyd edib ki, son məlumatlara görə, hücumlar nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb. Onun sözlərinə görə, axtarış əməliyyatları zamanı qurbanların sayı arta bilər.
Daha əvvəl silahlı maldarlar tərəfindən törədildiyi güman edilən hücum nəticəsində 17 nəfərin öldüyü bildirilirdi.
Hadisə cümə günü gecə baş verib və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə səbəb olub.