NBC: ABŞ Avropada NATO qüvvələrinə komandanlıqdan imtina etmək imkanını araşdırır
- Dünən, 10:30
- Dünya
ABŞ Prezidenti Donald Trampın administrasiyası 1951-ci ildən bəri yalnız amerikalı generalların tutduğu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən imtina etmək imkanını müzakirə edir.
“Report” xəbər verir ki, bu barədə “NBC News” telekanalı Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, təşəbbüs, xərclərin azaldılmasına yönəlmiş ABŞ-nin döyüş komandanlıqlarının genişmiqyaslı yenidən təşkilinin bir hissəsidir. Telekanal qeyd edib ki, əgər plan həyata keçirilərsə, bu, ABŞ-nin alyansda liderlikdən geri çəkilməsi kimi qəbul edilə biləcək simvolik bir addım olacaq.
“NBC News”un mənbələri qeyd edib ki, yenidən təşkil müəyyən vaxt ala bilər və büdcə üzərində nəzarət vasitəsilə təşəbbüsü bloklamaq iqtidarında olan Konqreslə müzakirə olunacaq. Telekanal vurğulayıb ki, həmçinin ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığına (EUCOM) rəhbərlik edən NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Rusiyanın Ukraynaya qarşı müharibəsində Ukraynanın dəstəklənməsində əsas rol oynayır.
Vurğulanıb ki, yenidən təşkil planı EUCOM və ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) Ştutqartda yerləşən bir bölməyə birləşdirilməsini, həmçinin Florida ştatındakı Cənub Komandanlığının (SOUTHCOM) qərargahının bağlanmasını və onun funksiyalarının Şimal Komandanlığına (NORTHCOM) ötürülməsini nəzərdə tutur. Pentaqonun hesablamalarına görə, bu, ilk ildə 270 milyon dollara qədər qənaət etməyə imkan verəcək.