Polşa Rusiya və Belarus ilə sərhədi minalayacaq
- Dünən, 09:42
- Dünya
Polşa iqtidarı Belarus və Rusiya ilə sərhəddə “Şərq qalxanı” müdafiə istehkamları xəttində piyadalara qarşı minaları istifadə etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Pavel Beyda RMF FM radiostansiyasının efirində bildirib.
“Bu (piyadalara qarşı minalar – red.), “Şərq qalxanı”nın elementlərindən biri olacaq”, – Beyda vurğulayıb.
Onun sözlərinə görə, Polşaya bir milyona qədər piyadaəleyhinə mina lazımdır, onları ölkə daxilində istehsal etmək niyyətindədirlər.
“Bunu Polşa Silah Qrupunun zavodları edəcək, lakin mən təfərrüatlara varmaq istəmirəm”, – siyasətçi qeyd edib.