İsrail ordusu Livanda “Hizbullah” obyektinə zərbə endirdiyini açıqlayıb
- Dünən, 09:42
- Dünya
İsrail ordusu Livanın şərqində Bəqaa vadisində “Hizbullah” təşkilatı tərəfindən silah istehsalı və saxlanması üçün istifadə olunan obyektə zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Livandakı Bəqaa bölgəsində “Hizbullah” təşkilatının silah istehsalı və saxlanması üçün istifadə etdiyi strateji obyektdəki infrastruktura zərbə endirib”, – bəyanatda deyilib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İsrail ordusu yəhudi dövlətinə qarşı hər hansı təhdidi aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək.