Rusiyada terror aktı törətmək istəyən dörd nəfər məhv edilib
- Dünən, 17:20
- Dünya
Mahaçqalada keçirilən antiterror əməliyyatı zamanı Kaspiyski şəhərində Daxili İşlər Nazirliyinin obyektində terror aktı törətmək istəyən 4 nəfər məhv edilib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, mülki əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki yoxdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində və yaxınlıqdakı anbarda qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, qumbaralar, pulemyotlar, tapança və onlar üçün döyüş sursatı aşkar ediblər.
Mövcud məlumata görə, dəstənin fəaliyyətini beynəlxalq terror təşkilatı “İŞİD”in üzvləri koordinasiya edib.