Şolts AfD ilə əməkdaşlığı rədd etsə də, digər partiyalarla koalisiyanı istisna etməyib
- Bu gün, 12:12
- Dünya
Almaniya Kansleri Olaf Şolts "Almaniya üçün Alternativ" (AfD) partiyası ilə hər hansı əməkdaşlığa qəti şəkildə qarşı çıxıb, lakin digər partiyalarla, o cümlədən Xristian Demokrat və Xristian Sosial İttifaqları (XDİ/XSİ) mühafizəkar bloku ilə mümkün koalisiyanın yaradılmasını istisna etməyib.
"Report" DPA-ya istinadən xəbər verir ki, Şolts Rur bölgəsinin şimalında yerləşən Marl şəhərində seçkiqabağı tədbirdə çıxış edib.
Kansler qeyd edib ki, onun mövqeyi həmişə aydındır.
"AfD ilə heç bir əməkdaşlıq olmamalıdır", - Almaniya hökumətinin başçısı bildirib.
Onun sözlərinə görə, digər siyasi qüvvələrlə koalisiya "çətin, mürəkkəb" olsa da, nəzərdən keçirmək olar.
Şoltsun sözlərinə görə, bu məsələ ilə bağlı qərar yalnız seçicilərin necə səs verdiyi bəlli olduqdan sonra qəbul edilə bilər. Kansler XDİ və XSİ-nin seçkilərdən sonra Kansler İdarəsində yer tutmaq üçün AfD-yə arxalana biləcəyi barədə yenidən xəbərdarlıq edib.