Suriyada pusquya düşən keçid hökumətin 14 döyüşçüsü həlak olub
- 26-12-2024, 14:00
- Dünya
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Aralıq dənizi sahillərində Tartus şəhəri (Dəməşqdən 220 km aralı) və onun ətrafında keçmiş rejim tərəfdarlarını təqib edərkən pusquya düşüb, 14 döyüşçü öldürülüb.
“Report”un məlumatına görə, bunu SANA agentliyinə ölkənin daxili işlər naziri Məhəmməd Əbdül Rəhman deyib.
Onun sözlərinə görə, atışmada Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı yaralanıb. O vurğulayıb ki, hakimiyyət sabitliyin və vətəndaş sülhünün qorunması üçün səylərini əsirgəməyəcək.