Çinli hakerlər Trampa bağlı QHT-yə hücumda şübhəli bilinir
- 13-10-2024, 13:05
- Dünya
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla əlaqəli qeyri-kommersiya təşkilatı “Amerika hər şeydən əvvəl” Siyasi İnstitutu ÇXR ilə əlaqəli hakerlərin hücumuna məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Trampın ikinci prezidentlik müddətinə siyasət təklifləri, habelə vəzifələr və agentliklər üçün tövsiyələr hazırlayan institutun onlayn hesabları silinib.
Qəzetin yazdığına görə, QHT-nin rəhbərliyinə Tramp administrasiyasının bir çox keçmiş əməkdaşları daxildir. Təşkilatın özü də baş verənlərdən təəccüblənməyib və hücumu “Amerikanı yenidən möhtəşəm edək” hərəkatındakı aparıcı rolu ilə əlaqələndirib.