azadses.az » Dünya » Ermənistanın sabiq prezidentinin qardaşının əmlakı müsadirə ediləcək

Ermənistanın sabiq prezidentinin qardaşının əmlakı müsadirə ediləcək

Ermənistan Prokurorluğu sabiq prezident Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın 14 ədəd daşınmaz əmlakını və 3,5 milyard dramını (9 milyon ABŞ dolları-red) müsadirə olunmasını tələb edir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.

Prokurorluq xüsusən Tumanyan küçəsində 3 mərtəbəli malikanəni və İrəvanın mərkəzində daha 3 evi seçmək niyyətindədir. Hüquq-mühafizə orqanları Kotayk vilayətində Sarqsyanın və onun ailə üzvlərinin daha 10 ədəd daşınmaz əmlak müsadirə etmək istəyir. Prokurorluq 4 nəqliyyat vasitəsini, 3 şirkətin əmlakını (Kotaykdakı otel də daxil olmaqla) dövlətin xeyrinə müsadirə etmək niyyətindədir. Bütün bu əmlaklara həbs qoyulub.

Prokurorluq Sarqsyanın 1995-ci ildən əldə etdiyi əmlakı araşdırıb. Bundan əvvəl o və ailə üzvləri qanunsuz əmlakın müsadirə edilməsi işi çərçivəsində Prokurorluğa dəvət olunublar. Ancaq vəkilinin sözlərinə görə, onlar xaricdədirlər və qayıtdıqdan sonra materiallarla tanış olacaqlar.

A.Sarqsyan, oğulları Ayk və Narek 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olublar. 2021-ci ilin iyun ayında paytaxt məhkəməsi Narek Sarqsyanı qanunsuz silah saxlamaqda, narkotik qaçaqmalçılığında və adam oğurluğunun təşkilində təqsirli bilib. O, 5 il yarım müddətinə həbs cəzasına məhkum edilib. Narek Sarqsyan bir müddət xaricdə gizlənsə də, 2018-ci ilin dekabrında Praqada Franklin Qonzales adına pasportla saxlanılıb, bir il sonra Ermənistana ekstradisiya edilib. Onun kiçik qardaşı Ayk 2007-ci ildə sui-qəsd cəhdində və qanunsuz silah və sursat saxlamaqda təqsiləndirilib. Lakin sonra maddə yenidən təsnifləşdirilib və iddia müddəti bitdikdən sonra cinayət işi dayandırılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ötən gün vətəndaşların bank kartlarından 30 min manatdan çox pul talanıb
  2. Samuxda çox sayda xırdabuynuzlu heyvan oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb
  3. Şəmkirdə 2 yaşlı uşaq ağcaqanad dərmanından zəhərlənərək ölüb
  4. Bakıda avtomobil idaretmədən çıxaraq idman zalına çırpılıb, sürücü ölüb
  5. Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
  6. Kəhrəbada həkk olunan sirr: "Göz qabağında gizlənən" qədim qarışqa növü kəşf edildi
  7. Gəncədə beş nəfər qidadan zəhərlənib
  8. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  9. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  10. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Emin Əmrullayev Astarada vətəndaşları qəbul edəcək
Emin Əmrullayev Astarada vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 30 may tarixində Astara şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Ətraflı
İntiqam Babayev Mədəniyyət Nazirliyində şöbə müdiri təyin olunub
İntiqam Babayev Mədəniyyət Nazirliyində şöbə müdiri təyin olunub
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin olunub. Bu barədə "Report"a Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib