azadses.az » Dünya » Bu gecə Rusiyanın bir neçə regionu, həmçinin Krım hücuma məruz qalıb: 4 yaşayış məntəqəsi təxliyə edilir

Bu gecə Rusiyanın bir neçə regionu, həmçinin Krım hücuma məruz qalıb: 4 yaşayış məntəqəsi təxliyə edilir

Ötən gecə Rusiyanın Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətləri hücuma məruz qalıb. 2014-cü ildə işğal olunmuş Sevastopol şəhərinin sahilinə isə ekipajsız katerlərin həmləsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətlərinin qubernatorları və Sevastopol şəhərinin qondarma rəhbəri teleqramda bildiriblər.

Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətinin Ukrayna Silahlı Qüvvələrinin “kütləvi hücumuna məruz qaldığını” bildirən regionun qubernatoru Vyaçeslav Qladkov hava hücumundan müdafiənin 29 ədəd PUA-nı zərərsizləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində yaralanan olmasa da, bir sıra yaşayış yerlərinə, həmçinin sənaye müəssisəsinə ziyan dəyib.

Belqorod və Kursk kimi Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Bryansk vilayətinin səmasında isə dörd PUA vurulub. Qubernator regionda itki və dağıntının olmadığını bildirib.

Hazırda bir qismi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Kursk vilayətinin qubernatoru Aleksey Smirnov isə regionun PUA təhlükəsi altında olduğunu bildirsə də, mümkün hücumun fəsadları barədə yazmayıb. Eyni zamanda, sosial şəbəkədə regionun Rılsk rayonunda güclü yanğına dair görüntülər yayılıb. Qondarma Donetsk Xalq Respublikasının sabiq nazir müavini Daniil Bezsonov yanan obyektin hərbi texnika olmasına işarə edib: “Kolonun vurulduğu bildirilir...”.

Vəziyyətin gərginləşdiyi digər regionlardan biri də Lipetsk vilayətidir. Regionun qubernatoru İqor Artamanov Lipetskin kütləvi dron hücumuna uğradığını, enerji infrastrukturu obyektinə ziyan dəydiyini açıqlayıb. Onun sözlərinə görə, elektrik verilişində pozuntular qeydə alınıb: “Mülki tikintilərdən uzaqda partlama təhlükəli obyektlərin detonasiyası olub. Bütün fövqəladə xidmətlər hadisə yerindədir. PUA-nın düşməsi nəticəsində enerji infrastrukturu obyekti zədələnib. Elektrik təchizatında fasilələr var”. O, Lipetsk dairəsində fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edərək regionun yaşayış məntəqəsinin təxliyə edildiyini bildirib. “Partlama təhlükəli obyektlərin detonasiyasının fəsadlarını aradan qaldırmaq üçün Lipetsk bələdiyyə dairəsi ərazisində fövqəladə rejim tətbiq edilir”. Bundan başqa, sosial şəbəkədə regionun aerodromunda güclü partlayışların olduğuna dair məlumatlar yayılıb.

2014-cü ildən bəri işğal altında qalan Krım yarımadasındakı Sevastopol şəhərinin qondarma qubernatoru Mixail Razvojayev şəhərin həm sudan, həm də havadan hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, azı iki ekipajsız kater vurulub. Eyni zamanda, bir neçə hava hədəfinin zərərsizləşdirildiyini vurğulasa da, dəqiq sayını və fəsadlarını açıqlamayıb. Sosial şəbəkədə isə yarımadanın Çornomorske şəhərində partlamanın olduğu bildirilib.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu