KİV: Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir
- 7-05-2024, 14:44
- Dünya
Yaponiya hökuməti Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi və inkişafı proqramı çərçivəsində Avstraliyaya hərbi gəmilərin tədarükü üzrə tenderdə iştirak etmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə Yaponiyanın "Yomiuri" qəzeti xəbər yayıb.
Qeyd edilir ki, Yaponiya tenderdə qalib gəlsə, Avstraliya tərəfinə özünün ən müasir esmineslərinin modernləşdirilmiş versiyalarını tədarük etməyi nəzərdə tutur.
Avstraliyaya hərbi gəmilərin tədarükü üçün digər potensial namizədlər arasında Almaniya və Cənubi Koreya da var.