Heyli ilk dəfə respublikaçıların praymerizində qalib gəlib
- 4-03-2024, 13:00
- Dünya
ABŞ-nin BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli hazırkı seçki dövründə ilk dəfə Respublikaçı Partiyanın praymerizində qalib gəlib.
“Report” xəbər verir ki, Heylinin Kolumbiya dairəsindəki qələbəsi Amerikanın aparıcı KİV-i, o cümlədən “Associated Press”, “The Washington Post” və “The New York Times”, ABC və CNN televiziya kanalları tərəfindən bülletenlərin təxminən 99 %-nin işlənməsi əsasında proqnozlaşdırılır.
Onların hesablamalarına görə, Heyli dairədə ilkin səslərin təxminən 63 %-ni, onun rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp isə təxminən 33 %-ni toplayır.
Praymerizdəki bu qələbə Heylinin cari seçki kampaniyasında ilk qələbəsi idi. O, artıq ümumilikdə 43 nümayəndənin dəstəyini qazanıb. Tramp indiyədək 244 nümayəndənin səsini toplayıb. Bəzi KİV-in hesablamalarına görə, o, martın 12-dək Respublikaçı Partiyadan prezidentliyə namizəd kimi irəli sürülmək üçün tələb olunan səslərin sayını qazanacaq.