Hindistanda torpaq sürüşmələrində ölənlərin sayı 50-ni ötüb
- 17-08-2020, 08:55
- Dünya

“Report” “The Hindu”ya istinadən xəbər verir ki, ötən sutka musson yağışı səbəbindən yenidən torpaq sürüşməsi baş verib.
Məlumata görə, son sürüşmədə azı iki nəfər ölüb, 12 nəfər itkin düşüb, təxminən 100 nəfər ev-eşiksiz qalıb.
Qeyd olunub ki, sürüşmələrin qurbanları əsasən çay tarlalarının işçiləri olub.