azadses.az » Dünya » Alimlər supertif alovlanmasının təhlükə yaratdığı ölkələri müəyyən ediblər

Alimlər supertif alovlanmasının təhlükə yaratdığı ölkələri müəyyən ediblər

ABŞ-nin Konnektikut ştatındakı Yel İctimai Səhiyyə Məktəbindən olan amerikalı alimlər supertif kimi tanınan geniş dərman çeşidinə davamlılığına malik qarın yatalağının alovlanmasının ilk növbədə hansı ölkələrə təhlükə yaratdığını müəyyən ediblər.

“Report” xəbər verir ki, tədqiqat “Nature Communications” (NatComms) elmi jurnalında dərc olunub.

Qarın yatalağına “Salmonella Typhi” (S. Typhi) bakteriyası səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verilənlərinə görə, 2019-cu ildə 9 milyon insan bu xəstəlikdən əziyyət çəkib. Xəstəlik 110 min insanın həyatına son qoyub.

“S. Typhi”nin geniş dərman çeşidinə davamlı ştamı 2016-cı ildə Pakistanda ortaya çıxıb və o vaxtdan ölkədə patogenin ən çox yayılmış variantına çevrilib. Yatalağın su və tərkibində “S.Typhi” olan nəcislə çirklənmiş qida vasitəsilə yayıldığına görə sanitar və təmiz su səviyyəsi yüksək olan ölkələrdə onun yayılması ehtimalı azdır.

Araşdırmaçılar səylərin hara yönəldiləcəyini daha yaxşı anlamaq üçün Pakistandan gələn aviasəyahətlərin sayını digər ölkələrdə illik qarın yatalağı xəstəliyinə dair üç dəst hesablama ilə müqayisə edərək, böyük alovlanma və ya supertifin davamlı ötürülməsi ehtimalı yüksək olanları müəyyən ediblər.

Təhlil zamanı müəyyən edilmiş ən həssas ölkələrin ilk onluğu Əfqanıstan, Banqladeş, Hindistan, Şri-Lanka, İndoneziya, Malayziya, Filippin, Tailand, Uqanda və Keniya olub. Elm adamları qeyd ediblər ki, Əfqanıstan Pakistandan gələnlərin çoxluğu, habelə səhiyyə və humanitar yardım sahəsində böhran səbəbindən xüsusilə həssas olaraq qalır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib