Çin Ordusu təlimlərdə Tayvana havadan və dənizdən zərbələri məşq edir
- 9-04-2023, 09:20
- Dünya
Çin Xalq Azadlıq Ordusu (ÇXAO) hərbi təlimlərdə Tayvan adasına havadan və dənizdən mümkün zərbələri məşq edir.
Təlimlər zamanı ÇXAO-nun bölmələri adada, eləcə də ona bitişik akvatoriyada əsas hədəflərə zərbələr endirmək üçün məşq edir.
Xatırladaq ki, Çin Xalq Azadlıq Ordusu aprelin 8-də Tayvan adasının şimalında, cənubunda və şərqində dənizdə və havada döyüş hazırlığı təlimləri və patrul fəaliyyətini birləşdirən əməliyyatlara başlayıb. “Birgə qılınc” adlanan əməliyyat aprelin 10-dək davam edəcək.
Çinin ada ətrafındakı təlimləri Tayvan lideri Tsay İnvenin Mərkəzi Amerikaya səfəri zamanı Los Anecelesdə dayanaraq, ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündən sonraya təsadüf edir.