Ağ Evdə Baydenin böyük nəvəsinin toy mərasimi keçirilib - FOTO
- 20-11-2022, 10:23
- Dünya

Prezident Co Baydenin böyük nəvəsi Naomi Bayden şənbə günü hüquqşünas Piter Nil ilə evlənib.
Mətbuata mərasimi işıqlandırmaq icazəsi verilməyib.
Bu, 2013-cü ildən bəri Ağ Evdə keçirilən ilk toy olub.
Qeyd edək ki, cütlük illər əvvəl dostları vasitəsilə tanış olublar. Piter Naomiyə 2021-ci ilin sentyabrında Vayominq ştatının Cekson Hole şəhərindəki uşaq evinin yaxınlığında evlənmə təklifi edib.
Beləliklə, Bayden və Nil Ağ Evdə nikah bağlayan digər 18 cütlüyə qoşulublar.



