Gürcü polisi azərbaycanlılardan ibarət narkomafiyanın üzvlərini saxladı
- 3-08-2020, 13:57
- Dünya
Gürcüstanda Tbilisinin əsasən azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsi və Qardabani rayonunda xüsusi əməliyyat keçirilib.
Azad Səs-in məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
Əməliyyat zamanı narkotik ticarəti ilə məşğul olan şəbəkənin 4 üzvü saxlanılıb. Onların yaşadıqları ev və avtomobillərinə keçirilən baxış zamanı heroin, böyük məbləğdə pul, mobil telefonlar və bank kartları müsadirə olunub.
İstintaqla müəyyən olunub ki, həmin şəxslər narkotik vasitələrin satışını onlayn totalizator kontoru vasitəsilə həyata keçiriblər. Qruplaşmanın cari ildə bu yolla əldə etdiyi gəlirin 2 milyon lariyə yaxın olduğu məlum olub.
Saxlanılan şəxsləri 8 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası gözləyir.
Qeyd edək ki, iyulun 28-də də Poniçalada polis xüsusi əməliyyat keçirib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan 9 nəfər saxlanılıb.