Ərdoğan Səmərqənddə mükafatlandırma mərasimində Qarabağda görülən işlərdən danışdı - VİDEO

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşü çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində deyib.
O qeyd edib ki, dəfələrlə işğaldan azad olunan ərazilərdə tədbirlərə qatılmaqla, həyata keçirilən işləri yerində görmək imkanı olub:
“Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Bu qədər az müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir”.
Türkiyə lideri həmçinin bildirib: “Özbəkistanda infrastrukturda çox ciddi fiziki dəyişikliyi müşahidə edirik. Dünən İlham Əliyev qardaşımla da bunu müzakirə etmişik. Bunlar bizi qürurlandırır”.