Polşada vətəndaşlar müharibəyə hazırlaşır
- 2-11-2022, 10:17
- Dünya

Qeyd olunur ki, polyaklar “Ordu ilə məşq edin” pulsuz təlimlərinə getdikcə daha çox yazılmağa başlayıblar. Dərs bir gün davam edir.
Peşəkarlar sıravi vətəndaşlara qumbara atmağı, avtomatla işləməyi, hətta bıçaq və ağcaqayın qabığı ilə ocaq qalamağı nümayiş etdirirlər.
Eyni zamanda hərbçilər özləri də qeyd edirlər ki, bir gündə vətəndaşlardan əsgər hazırlamaq mümkün deyil, lakin münaqişə zamanı silahla işləmə bacarığı işə yarayacaq.