azadses.az » Dünya » “Qərb çox qısa zamanda Rusiyanın məğlub olmasını istəmir və buna hazırlaşmır” - RƏY + FOTO

“Qərb çox qısa zamanda Rusiyanın məğlub olmasını istəmir və buna hazırlaşmır” - RƏY + FOTO

Bir neçə gün əvvəl ABŞ Rusiyaya Ukraynada nüvə silahı tətbiq edəcəyi təqdirdə üzləşəcəyi vəziyyət barədə xəbərdarlıq edib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CBS telekanalına müsahibəsi zamanı bildirib ki, Rusiyanın nüvə silahı tətbiq etməsi fəlakətlə nəticələnəcək və Vaşinqtonun buna adekvat cavabı olacaq: “Biz birbaşa Kremlə yüksək səviyyədə bildirmişik ki, bu halda ABŞ və müttəfiqləri qətiyyətlə cavab verəcəklər. Eyni zamanda ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək”.

Elə eyni gündə Rusiya nüvə qüvvələrinin illik təlimləri barədə ABŞ-ni məlumatlandırıb. Ümumiyyətlə, müharibənin başlamasından qısa müddət sonra Rusiya Ukrayna torpaqlarını asanlıqla işğal edə bilməyəcəyinin fərqinə vardığı üçün mütəmadi olaraq Ukraynanı və bütövlükdə Qərbi nüvə silahından istifadə ilə hədələməyə başladı. Savaşdan səkkiz aydan çox vaxt keçməsinə baxmayaraq, vəziyyət hələ də dəyişməz olaraq qalır.

Məsələni Oxu.Az-a şərh edən Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov qeyd edib ki, Moskva Kiyevi üç günə işğal edəcəyini düşünürdü, lakin arzuları reallaşmadığı üçün taktiki nüvə silahından istifadə haqqında düşünməyə başladı:



“Rusiyaya düşündüyü kimi qələbə çalmayacağı məlum olduğu gündən etibarən, yəni müharibə başladığı gündən bir həftə sonra, Moskva nüvə silahından istifadəylə bağlı fikirlər səsləndirdi, Ukrayna və Qərbi bu yolla hədələdi. Rusiya öncə bunun mümkünlüyü barədə müəyyən mesajlar verirdi. Lakin sonralar birbaşa: “Biz nüvə silahından Ukraynaya qarşı istifadə etmək haqqında danışırıq və ya istifadə edəcəyik”, - demədi. Sadəcə, mütəmadi olaraq bu məsələni müəyyən yollarla gündəmə gətirib geri çəkildi.

Lakin Rusiyanın taktiki nüvə başlıqlarından istifadə hədəsi Qərb üçün problem oldu. Ona görə də ABŞ və onun NATO üzrə müttəfiqləri Rusiyanın taktiki nüvə silahından istifadə ehtimalına qarşı müəyyən təlimlər keçirdilər və bu təlimlər yaxın zamanda bitdi. Həmçinin ciddi şəkildə Rusiyaya bildirildi ki, əgər taktiki nüvə silahından Ukraynaya qarşı istifadə olunsa, bu təkcə Ukraynaya qarşı deyil, Avropa ölkələrinə qarşı istifadəyə bərabər tutulacaq. Yəni artıq Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə ona qarşı hansı cəza tədbirlərinin görüləcəyindən xəbərdardır”.

Politoloq bildirib ki, Rusiya hədələrini reallaşdırmaq fikrinə düşsə, Qərb də nüvə silahından Rusiya şəhərlərinə və xüsusilə onun Qara dənizdəki gəmilərinə qarşı istifadə edəcək:

“Rusiyanın hər istiqamətdən yolu bağlanıb. Belə olan halda, Rusiyanın yenə də nüvə silahından istifadə edib-etməyəcəyi isə böyük dilemmadır. Düzü, müharibənin yavaş tempdə davam etdiyi bir vaxtda Rusiyanın bu silahdan istifadəsi gündəmdə deyil və olmayacaq da. Rusiya o vaxt nüvə silahına əl atacaq ki, Qərbi mövcudluğuna qarşı ciddi təhlükə hesab edəcək, Qərbin qarşısında dayana bilmədiyini görəcək. Amma düşünürəm ki, Qərb o səviyyəyə gətirib çıxarmayacaq ki, Rusiya bu silahdan istifadə etsin”.

Ekspert yaxın bir ildə nüvə silahından istifadənin mümkün olmayacağını ehtimal edir:

“Çünki qarşıdan qış gəlir və qışda müharibə Rusiyanın xeyrinə dəyişə bilər. Rusiya ümid edir ki, qışda hücumları gücləndirəcək və son mərhələdə itirdiyi torpaqları geri alacaq. Ona görə Rusiya müxtəlif vasitələrlə, İranın yardımı ilə nüvə silahından bir qədər geri çəkilməyə məcbur qalacaq. Amma onun nüvə doktrinasında da qeyd olunduğu kimi, təhlükəsizliyinə ciddi təhdid görərsə, heç şübhəsiz, nüvə silahından istifadə edə bilər. Bunu Qərbdə real başa düşürlər. Ona görə də Qərb çox qısa zamanda Rusiyanın məğlub olmasına hazırlaşmır və istəmir.

Mərhələli şəkildə Rusiyanın silahlarını tükəndirirlər. Düşünürəm ki, nə ABŞ, nə də Avropa Rusiyanın tam şəkildə dağıdılıb bir dövlət kimi yox olmasının tərəfdarıdırlar. Sadəcə, ciddi şəkildə zəiflədib üçüncü-beşinci dövlət halına salmaq istəyirlər ki, digər ölkələrə əl qaldıra bilməsin”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu