Rusiya “Taxıl sazişi”nin dayandırıldığını elan etdi
- 29-10-2022, 21:26
- Dünya
Rusiya Federasiyası “Taxıl sazişi”ndə iştirakını dayandırır.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
“Bu il oktyabrın 29-da Kiyev tərəfindən böyük britaniyalı mütəxəssislərin iştirakı ilə Qara dəniz donanmasının gəmilərinə və taxıl dəhlizinin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı həyata keçirilən hücumu nəzərə alaraq, Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır”, - deyə məlumatda qeyd olunub.