Aİ Prokurorluğu Avropa İttifaqı tərəfindən COVID vaksininin alınması ilə bağlı araşdırmaya başladı
- 15-10-2022, 22:19
- Dünya
Avropa Prokurorluğu Avropa İttifaqı tərəfindən koronavirusa qarşı vaksinlərin alınması ilə bağlı araşdırmaya başlayıb.
Avropa Prokurorluğu maliyyə cinayətlərinin araşdırılması və məhkəmə təqibinə cavabdeh olan müstəqil Aİ orqanıdır. Bu cinayətlərə fırıldaqçılıq, çirkli pulların yuyulması və korrupsiya da daxildir.
Prokurorluqdan istintaqın kimə qarşı açıldığı və ya Aİ-nin vaksinlə bağlı hansı müqavilələrinin diqqətdə saxlanıldığı barədə açıqlama verilməyib.
“Avropa Baş Prokurorluğu təsdiq edir ki, Avropa İttifaqında COVID-19-a qarşı vaksinlərin alınması ilə bağlı araşdırma aparır. Bu mərhələdə başqa heç bir təfərrüat açıqlanmayacaq”, - deyə prokurorluğun bəyanatında bildirilib.